Putin Türkiyə ilə bağlı şərtini açıqladı -“Türkiyə yazılı zəmanət verərsə...”

Putin Türkiyə ilə bağlı şərtini açıqladı  -“Türkiyə yazılı zəmanət verərsə...”
  • DÜNYA

“Türkiyə yazılı zəmanət verərsə...” – Rusiya Prezidenti Vladimir Putin bugünkü mətbuat konfransında Rusiyanın “Ağ quyu” atom stansiyasına 3,5 milyard dollar yatırım etməsini inkar edib və bildirib ki, Türkiyə tərəfilə danışıqlar davam etdirilir.


Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, Vladimir Putin “Türk axını” layihəsinə dair məsələlərə də aydınlıq gətirib: “Rusiya tərəfi “Türk axını” ətrafında danışıqların dayandırılmasını istəmir. Lakin bunun üçün Avropa komissiyası Türkiyədən Avropaya keçən marşrut da daxil olmaqla bütün marşrutların nəinki reallaşdırılması, həm də prioritet olması və Avropa komissiyasının bu tikintini dəstəkləməsinə dair yazılı zəmanət verməlidir. Əgər Türkiyə Brüsseldən belə bir zəmanəti “Qazprom”a təqdim etsə, “Türk axını” layihəsi davam edəcək. Lakin, təəssüf ki, hələ belə bir şey görünmür”.

Xəbər 389 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR