Putin təklif verdi: Əvvəlcə Zelenski ilə görüş, daha sonra…

Putin təklif verdi: Əvvəlcə Zelenski ilə görüş, daha sonra…
  • DÜNYA

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putinin görüşü Macarıstanda baş tuta bilər.
Aktual.az xəbər verir ki, bu barədə "Röyters” Ağ Evdəki mənbəyə istinadla məlumat yayıb.
"Tramp Avropa liderlərinə deyib ki, Putin aşağıdakı ardıcıllığı təklif edib: əvvəlcə Zelenski ilə Putin arasında görüş, sonra ABŞ prezidentinin iştirakı ilə üçtərəfli sammit”, - mənbə bildirib.
Almaniya kansleri Fridrix Merzin də Ukrayna prezidenti ilə Kreml rəhbəri arasında görüşün yaxın iki həftə ərzində baş tuta biləcəyini bildirib.
Xəbər 123 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR