“Rusiyalı əsgərlər Suriyada bizi düşmən adlandıran və MDB ərazisində sərhədlərini genişləndirmək istəyən qüvvələrə qarşı vuruşur”.
Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
“Bizim hərbi qüvvələrimiz hər zaman istənilən potensial təlükəyə, təxribata və aqqressiv hərəkətə qarşı sürətli və adekvat cavab verməlidir”, - deyə o əlavə edib.
Putin vurğulayıb ki, Rusiya hər zaman mübahisəli problemləri siyasi-diplomatik üsullarla həll etməyə çalışıb: “Danılmaz faktdır ki, Yaxın Şərq regionunda konfliktləri bir neçə dəfə öz yoluna qoymuşuq”.