Putin: "Suriyada müharibəni biz başlamamışıq"

Putin:
  • DÜNYA

Rusiya prezidenti Vladimir Putin mətbuat konfransı zamanı Suriyadakı müharibənin baha olub-olmaması ilə bağlı sualı cavablandırıb.

“Biz müharibəni başlamamışıq. Biz-ayrı-ayrı əməliyyatlar həyata keçiririk”, - deyə Putin qeyd edib.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bu gün keçirilən mətbuat konfransında bildirib.

Rusiya lideri, həmçinin Suriyadakı əməliyyatlara xərclənən pullardan danışıb: “Ölkəmizdə böyük miqyası əməliyyatlar keçirilir. Bu əməliyyatlarda minlərlə insanlar iştirak edir, yüzlərlə uçan aparatlardan istifadə olunur və s. Biz sadəcə bu xərclərin müəyyən hissəsini Suriyadakı əməliyyatlara sərf edirik. Bundan yaxşı təlim təsəvvür etmək mümkün deyil”, - deyə prezident qeyd edib.

Xəbər 271 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR