Rusiya prezidenti Vladimir Putin Suriyada keçirilən hərbi əməliyyatın 33 milyard rubla (481,987 milyon dollar) başa gəldiyini bildirib.
Bu barədə AzVision.az `TASS`-a istinadən xəbər verir.
“Təlimlər və hərbi hazırlığa Müdafiə Nazirliyinin büdcəsindən 33 milyard dollar xərclənib”, - deyə Putin vurğulayıb. O, bildirib ki, Suriyada hərbi əməliyyatlardan sonra əlavə xərclərə ehtiyac yaranacaq.
Qeyd edək ki, Vladimir Putin Rusiya ordu birləşmələrinin əsas hissəsinin martın 15-dən etibarən Suriyadan çıxarılmasına başlanması barədə göstəriş verib.
//Aktual.az