Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, görüş martın 10-da Moskvada baş tutacaq.
Bu barədə Kremlin rəsmi saytında məlumat verilib. “Söhbət əsnasında ticarət-investisiya, enerji və humanitar sahədə ikitərəfli əməkdaşlığın aparıcı mövzularının, eləcə də Avrasiya məkanında inteqrasiya proseslərinin inkişaf perspektivlərinin müzakirəsi gözlənilir”, - deyə məlumatda qeyd olunur.
Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə xüsusi diqqət yetiriləcəyi bildirilir.