Putin Rusiya hərbçilərinin Donbasda mövcudluğunu təsdiqləyib - Poroşenko

Putin Rusiya hərbçilərinin Donbasda mövcudluğunu təsdiqləyib   - Poroşenko
  • DÜNYA

NATO-nun baş katibi Yens Stoltenberq və Ukrayna prezidenti Pyotr Poroşenko Brüsseldə keçirdikləri birgə mətbuat konfransında qeyd ediblər ki, Rusiya prezidenti Vladimir Putin bugünkü illik mətbuat konfransında çıxışı zamanı Ukraynanın şərqində Rusiya hərbçilərinin mövcudluğunu təsdiqləyib. 

Qeyd edək ki, Vladimir Putin Ukraynanın şərqində Rusiya hərbçilərinin mövcudluğu məsələsinə ukraynalı jurnalistin sualına cavabında toxunub. “Biz heç vaxt deməmişik ki, Ukrayna ərazisində müəyyən hərbi məsələləri həll edən adamlarımız yoxdur. Lakin bu, o demək deyil ki, orada nizamlı Rusiya ordusu var”, deyə Putin bildirib.

Pyotr Poroşenko NATO-nun baş katibi ilə brifinqdə qeyd olunan məsələni şərh edərkən qeyd edib ki, Vladimir Putin bu gün Rusiya hərbçilərinin Donbasda mövcudluğunu ilk dəfə olaraq açıq təsdiqləyib. 

NATO-nun baş katibi də, öz növbəsində, Pyotr Poroşenkonun dediklərini təkrarlayaraq, Alyansın bu iddialarının açıq mənbələrə, KİV-lərə və QHT-lərə əsaslandığını vurğulayıb. 

Aktual.az

Xəbər 294 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR