Putin – "Rus raketi-2"

Putin –
  • DÜNYA

Oktyabrın 7-də Rusiyanın Xəzərdəki hərbi gəmilərdən Suriyadakı İŞİD obyektlərini raketlərlə vurması sıravi insanlardan tutmuş siyasətçilərədək hər kəsi heyrətləndirdi, desək, şişirtmiş olmarıq.

Hərbi gücünə görə yalnız ABŞ-dan geri qalan Rusiya ölkə Prezidenti Vladimir Putinin sayəsində dünyada “əzələ” nümayiş etdirir.

Rusiya dünyada ABŞ kimi hökmranlığa sahib olmasa da, əməli surətdə sübut etməyə çalışır ki, bəzi regionlarda, o cümlədən, Yaxın Şərq bölgəsində hələ də onun milli maraqları ilə hesablaşmaq lazımdır. Bunun üçün Moskva onda ən yaxşı alınan üsuldan, yəni istehsal etdiyi müasir silahlardan istifadə edir.

Daha vacib məqam isə Rusiyanın müttəfiqlərini itirməmək istəyidir. Əgər Moskva ABŞ-ın onun ənənəvi müttəfiqlərini bir-bir sıradan çıxarmasına kənardan baxarsa, o zaman dünya dövlətləri arasında onun etibarı heçə enə bilər. Səddam Hüseynin və Slobodan Miloşeviçin devrilməsi zamanı Moskva müşahidəçi qismində qalmışdı. İndi isə vəziyyət dəyişib, Rusiya güclənib və onun qətiyyətli lideri var.

Təbii ki, Rusiya regional gücdən qlobal gücə çevrilmək niyyətindədir. Bunun yolu güclü iqtisadiyyat və ordudan keçir. Putinə Suriya məsələsində son zamanlar atdığı çevik və qətiyyətli addımlarına görə “rus raketi-2” ayamasını vermək olar. Ruslardan bu ləqəbə ilk dəfə hokkeyçi Pavel Bure layiq görülüb. O, Milli Hokkey Liqasında sürətli oyununa görə amerikalılar tərəfindən “rus raketi” adlandırılırdı.

Maraqlıdır ki, Putin gəmilərdən İŞİD-in raketlə vurulması ilə eyni günə düşən ad gününü məhz hokkey oynamaqla keçirdi.

Aktual.az

Xəbər 574 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR