Rusiyanın baş nazirin müavini Dmitri Roqozin yenidən Azərbaycana gəlir.
Aktual.az AzVision.az–a istinadən xəbər verir ki, bu barədə "İnterfaks" agentiliyi məlumatlı mənbəyə istinadla xəbər yayıb.
Qeyd olunub ki, mayın 17-də baş tutacaq səfər zamanı Dmitri Roqozin Bakıda Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq.
Səfər çərçivəsində həmçinin may ayında Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gözlənilən gəlişi müzakirə olunacaq: “Tərəflər həmçinin Qarabağ münaqişəsi ətrafında yaranan vəziyyəti də müzakirə edəcəklər”- deyə, etibarlı mənbə qeyd edib.