Putin qızlarından danışdı: "Mən onlarla fəxr edirəm"

Putin qızlarından danışdı:
  • DÜNYA

Canlı yayımlanan mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Rusiya prezidenti Vladimir Putin qızlarından da danışıb.


Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, jurnalistlərdən biri prezidentdən Moskva Dövlət Universitetində mühüm layihəyə rəhbərlik edən Katerina Tixinanın Putinin qızı olması ilə bağlı məlumatlara aydınlıq gətirməsini istəyib.

“Mən müxtəlif zamanlarda və müxtəlif nəşriyyatlarda Tixina və başqa mənim qızım ola biləcək şəxslər barədə oxumuşam. Bu yaxınlarda hamı iddia edirdi ki, mənim qızlarım xaricdə təhsil alırlar və həmişəlik orada yaşayırlar. Şükür Allaha ki, artıq heç kim bu barədə yazmır. İndi tam düzünü deyirlər. Mənim qızlarım Rusiyada yaşayır və heç vaxt daimi yaşamaq üçün heç bir yerə getməyiblər. Onlar Rusiyadan başqa heç bir yerdə təhsil almayıblar. Qızlarım ancaq yerli universitetlərdə oxuyublar. Təbii ki, onların orada kolleqaları var və onlarla danışırlar. Mən onlarla fəxr edirəm. Onlar təhsil almağa davam edirlər və çalışırlar. Mənim qızlarım sərbəst şəkildə 3 xarici dildə danışırlar. Onlardan biri 2 şərq dilini bilir, biri 4 xarici dil bilir. Qızlarım nəinki bu dilləri sərbəst bilirlər, həm də işlərində istifadə edirlər. Karyeralarında ilk addımları atırlar, lakin uğur qazanırlar. Onlar nə bizneslə bizneslə, nə də siyasətlə də məşğuldurlar”.

Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR