Rusiya prezidenti Kreml administrasiyasının rəhbəri Sergey İvanovu vəzifəsindən azad edib.
Aktual.az virtualaz.org-a istinadən bildirir ki, Putinin sərəncamına əsasən, Sergey İvanov prezidentin ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin olunub. Xüsusi xidmət generalı Sergey İvanov Putinin ən yaxın kadrlarından biri idi.
Rusiya dövlət başçısının digər sərəncamına əsasən, Anton Vayno Prezident Administrasiyasının yeni rəhbəri təyin olunub.