Putin Paşinyanla Azərbaycanı müzakirə edəcək

Putin Paşinyanla Azərbaycanı müzakirə edəcək

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.
 
Aktual.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
 
Tərəflər üç ölkə liderinin imzaladığı üçtərəfli bəyanatlar əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini müzakirə edəcək. 
 
Qeyd edək ki, Putinlə Paşinyan 5-8 sentyabr tarixində keçiriləcək Vladivostok İqtisadi Forumu çərçivəsində görüşəcəklər.


Xəbər 339 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR