Rusiya prezidenti Vladimir Putin BMT-nin baş katibi Pan Gi Munu `Dostluq` ordeni ilə təltif edib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə V.Putin sərəncam imzalayıb.
Sərəncama əsasən Putin Pan Gi Munu xalqlar arasında əməkdaşlıq, dostluq və qarşılıqlı anlaşmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə mükafatlandırıb.