Rusiya prezidenti Vladimir Putin RF Silahlı Qüvvələrində ştat heyətin sayının bir milyon 885 min 371 nəfər çatdırılması haqda sərəncam imzalayıb.
Aktual.az "Report"a istinadən bildirir ki, bu haqda TASS məlumat yayıb.
İnformasiyaya görə, 2008-ci ildən mövcud olan sərəncama əsasən, onların sayı bir milyon 884 min 829 nəfər müəyyən edilib.
Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu ilin mayındakı çıxışında ölkəsinin ordusunun döyüş potensialının 32 faiz artdığını bildirmişdi.