“Bir neçə dəqiqə bundan əvvəl telefon danışığı baş tutub”.
Rusiya prezidenti Vladimir Putin və ABŞ preizdenti Barak Obama Suriyada atəşkəsin elan edilməsini təsdiq ediblər.
Aktual.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin “Birinci” kanalın efirində çıxışı zamanı deyib.
“Bir neçə dəqiqə bundan əvvəl ABŞ prezidenti Barak Obama ilə telefon danışığı baş tutdu. Danışığa təşəbbüsü Rusiya tərəfi göstərib, lakin şübhəsiz ki, qarşılıqlı maraq ikitərəfli olub. Söhbət zamanı Suriyaya dəstək üzrə beynəlxalq qrupun bu ölkədə atəşkəsin elan olunmasına dair qərarının düzgün addım olduğu vurğulanıb”.
// Aktual.az