Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Astanaya səfər etməyə hazırlaşır. Burada o, Qazaxıstan prezidenti Nursultan Nazarbayev ilə Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə edəcək.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Kremlin mətbuat xidməti məlumat yayıb.
“Oktyabrın 4-də Rusiya prezidenti Vladimir Putin Qazaxıstana səfər edəcək. Putin və Nazarbayev Rusiya-Qazaxıstan münasibətlərinin və Avrasiya İqtisadi İttifaqı, eləcə də bir sıra regional birliklər çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə edəcəklər”, - məlumatda deyilir.
Görüş başa çatdıqdan sonra liderlər iki ölkənin iri sahibkarlarının iştirakı ilə keçiriləcək Rusiya-Qazaxıstan biznes forumunda çıxış edəcəklər.