Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş prokurorunun sabiq müavini Mnaçakan Sarkisyanı Rusiya baş prokuroru Yuri Çaykanın müşaviri postuna təyin edib.
Bu barədə AzVision.az “RBK”-ya istinadən xəbər verir.
Rusiya Baş Prokurorluğunda olan mənbə agentliyə bildirib ki, Sarkisyanın faktiki səlahiyyətləri baş prokurorun müavinin səlahiyyətləri ilə eynidir.
Sarkisyan Rusiya Baş Prokurorluğunda yüksək vəzifə tutan ilk xarici vətəndaşdır.