Putin müharibənin bitməsini istəyir. Sülh təklifi masadadır. Ümid edirik ki, o, vədinə əməl edəcək.
Aktual.az xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff "Foks Nyus” telekanalına müsahibəsində deyib.
"Vaşinqton Rusiya ilə gündəlik danışıqlar aparır. ABŞ Ukraynadakı müharibənin diplomatik yolla başa çatdırılması üçün əlindən gələni edir”, - Uitkoff əlavə edib.
Uitkoff bu həftə Nyu Yorkda ukraynalı rəsmilərlə görüşəcəyini bildirib.
Xəbər 112 dəfə oxunub.