Putin: Ümid edirik ki, insident bir daha təkrarlanmayacaq

Putin: Ümid edirik ki, insident bir daha təkrarlanmayacaq
  • DÜNYA

"Ümid edirik ki, “Su-24” təyyarəsi ilə bağlı baş verən insident bir daha təkrarlanmayacaq. Əks təqdirdə bizə heç bir koalisiya lazım deyil".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Fransua Ollandla görüşünün yekunlarına dair Kremldə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Biz ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə qarşılıqlı fəaliyyətə hazırıq. Lakin əlbəttə ki, bizim təyyarənin məhv edilməsi, hərbçilərimizin həlak olması kimi insidentlərin baş verməsi tamamilə qəbuledilməzdir. Biz ümid edirik ki, bu bir daha təkrarlanmayacaq. Yoxsa bizə heç kimlə, heç bir koalisiya ilə belə qarşılıqlı fəaliyyət lazım deyil. Bu gün Fransa prezidenti ilə danışıqlarımızın predmeti məhz bu olub. Razılaşdıq ki, yaxın vaxtlarda həm ABŞ-ın rəhbərlik etdiyi koalisiya tərkibində, həm də ikitərəfli formatda necə qarşılıqlı fəaliyyət göstərəcəyimizə dair müzakirələr aparılsın".

Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR