“Sizə köhnə bir lətifə danışım...”
Rusiya Federasiyasının prezidenti Vladimir Putin sayca on birinci olan ənənəvi mətbuat konfransını keçirir.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, “Komsomolskaya pravda”nın jurnalistinin ölkənin iqtisadi böhran vəziyyətindən çıxması ehtimalına dair suala, prezident ağ və qara haqqında “köhnə lətifə” ilə cavab verib.
İki dost görüşür.
- İşlərin necədir?
- İndi qara zolaqdayam.
Yarım il keçir.
- İndi işlərin necədir?
- Qara zolaqdır.
- Dayan görüm qara axı onda idi!
- Yox, sən demə onda ağ imiş!
Daha sonra Putin ciddi məlumatları səsləndirib. Onun sözlərinə görə, böhran artıq geridədir.
“Sentyabr-oktyabr aylarında ÜDM 0,3-01% artıb. Kiçik də olsa istehsalat artımı qeydə alınıb”, - o, qeyd edib.