Rusiya prezidenti Vladimir Putin Çeçenistan Respublikasının rəhbəri Ramazan Kadırovun səlahiyyət müddətini uzadıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, V.Putinin imzaladığı fərmana əsasən, səlahiyyət müddəti aprelin 5-də bitən R.Kadırov sentyabra qədər Çeçenistan Respublikasının rəhbəri vəzifəsini icra edəcək.
V.Putin R.Kadırovla görüşdə onun sentyabrda keçiriləcək seçkilərdə iştirak edəcəyinə ümid etdiyini də bildirib.