Bu gün Rusiya prezidenti Vladimir Putin Çeçenistan prezidenti Ramzan Kadırovu qəbul edəcək.
Milli.Az İnterfaks-a istinadən bildirir ki, V.Putinin mətbuat katibi Dmitri Peskov görüşün səbəbi və məzmunu barədə açıqlama vermək istəməyib.
Çeçenistan prezidenti postunda Ramzan Kadırovun səlahiyyətləri bu ay başa çatır. O, bir qədər əvvəl bəyan etmişdi ki, artıq respublikaya rəhbərlik etmək istəmir.