Putin hələ də Donbası tələb edir, güzəşt yoxdur - KİV

Putin hələ də Donbası tələb edir, güzəşt yoxdur - KİV
  • DÜNYA

Prezident Vladimir Putin bildirib ki, Rusiya ABŞ-la danışıqlarda bütün Donbası tələb etməyə davam edir.
Aktual.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti mənbələrə istinadla məlumat yayıb.
"Putin Ankoricdəki razılaşmalar, ABŞ-ın sülh planı və demək olar ki, dərhal razılaşdırılmış mövqelər barədə danışdı. Və amerikalıların avropalılarla danışıqlar nəticəsində öz təkliflərinin bəzilərindən geri çəkildiklərini və bunun zəiflik olduğunu bildirdi.
Putin Rusiya tərəfinin hələ də Ankoricdə özü üçün qəbul etdiyi güzəştlərə getməyə hazır olduğunu deyib. Rusiya prezidenti qeyd edib ki, Kramatorsk-Konstantinovsk-Slavyansk qovşağı məsələsi müzakirə mövzusu deyil. Lakin digər aspektlərdə Rusiya tərəfindən qismən ərazi mübadiləsi istisna edilmir”, - nəşr bildirib.
Xəbər 45 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR