Putin güzəştə getməsə və danışıqlardan imtina etsə, Kiyevin Kursk vilayətində qalmaqdan başqa yolu qalmayacaq.
Aktual.az xəbər verir ki, bu barədə "Tayms” nəşri yazıb.
Nəşr bildirib ki, Ukraynanın ələ keçirdiyi Rusiya ərazilərini həmişəlik işğal etmək arzusu yoxdur, lakin o, ümid edir ki, Qərb üslübunda təlim keçmiş minlərlə yaxşı təchiz edilmiş əsgərin gəlişi Moskvanın diqqətini Ukraynanın şərqindən yayındırmağa məcbur edəcək və nəticədə prezident Putini müharibəyə son qoymaq üçün danışıqlar aparmağa inandıracaq:
"Lakin Putin güzəştə getməsə və öz şərtləri istisna olmaqla, danışıqlardan imtina edərsə, Kiyevin Kursk bölgəsində qalmaqdan və Moskvaya təzyiqləri daha da gücləndirməkdən başqa yolu qalmayacaq. Belə bir ssenarini gözləyən Ukrayna Moskvaya qarşı yeni cəbhə xəttinin nümayişi kimi işğal olunmuş ərazilərdə hərbi komendantlıq yaratdı”.
Xəbər 130 dəfə oxunub.