Rusiya prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanı və digər ölkələrlə neft danışıqlarına başlayıb.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
`Rəhbərlik səviyyəsində bu məsələ ilə bağlı fikir mübadiləsi aparılıb, lakin konkret plan yoxdur”, - deyə Peskov qeyd edib.
Putinin rəsmi nümayəndəsi qeyd edib ki, neft bazarında baş verən dəyişikliklərdən asılı olaraq bütün tərəfdaşlarla fikir mübadiləsi aparılır: “Söhbət yalnız Səudiyyə Ərəbistanından getmir, danışıqlar siyahısında başqa ölkələrdə var”.
Peskov danışıqların hansı ölkələrlə aparılması ilə bağlı sualı cavablandırmayıb.