Rusiya rəhbərliyi KİV-lərdə yayılan xəbərləri təkzib etdi.
Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, Kremlin mətbuat xidməti Putinin Əsədə istefa təklif etməsi haqda yayılan xəbərləri təkzib edib.
Kremlin mətbuat xidmətinin katibi Dmitri Peskov bu xəbərləri şərh edərkən bildirib ki, bu dezinformasiyadır və həqiqətlə heç bir əlaqəsi yoxdur.
"Putin Əsədə elə təklif etməyib", deyə Peskov sözlərinə əlavə edib.
Xatırladırıq ki, son günlər bir sıra media orqanlarında Putinin Əsədə istefa haqda təklif verməsini yaymışdı.