Rusiya prezidenti Vladimir Putin oktyabrın 14-də Ermənistana səfər edəcək.
Aktual.az APA-ya istinadən bildirir ki, Rusiya prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasına qatılacaq. İclasda beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə, KTMT-nin cavabdeh olduğu ərazilərdəki vəziyyət, təşkilatın kollektiv təhlükəsizlik sisteminin perspektivləri müzakirə olunacaq.
Şuranın iclasında təşkilata sədrlik Ermənistandan Belarusa keçəcək.