İyunun 29-da Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq.
APA-nın “Interfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutacaq.
Xatırladaq ki, Türkiyənin baş naziri Binəli Yıldırım da bu həftə prezidentlərin telefon əalqəsi saxlaya biləcəyini açıqlayıb.