Bu müharibə Putinin işğalın səhv olduğunu və məqsədlərinə çata bilməyəcəyini anladıqdan sonra başa çatacaq.
Aktual.az xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.
"O, hələ bu mərhələdə deyil. Ukraynanın öz müdafiə sənayesi var. Putinin qalib gələ bilməyəcəyini başa düşməsi üçün ukraynalılara bir neçə milyard dollar kömək edə bilər”,- o bildirib.
Onun sözlərinə görə, Ukraynanın Kursk vilayətinə girməsi müharibəni Rusiya ərazisinə köçürdü:
"Hətta rus təbliğatçıları da hər şeyin planlaşdırıldığı kimi getmədiyini anlamağa başlayıblar”.
Xəbər 189 dəfə oxunub.