Putin Budapeştdə heç bir sürprizlə üzləşməyəcək - Orban

Putin Budapeştdə heç bir sürprizlə üzləşməyəcək - Orban
  • DÜNYA

Budapeşt Rusiya-ABŞ sammiti üçün məntiqli seçimdir, çünki Macarıstan Avropada üç ildir ardıcıl olaraq sülhü müdafiə edən yeganə ölkədir və iki ölkə prezidenti orada heç bir siyasi sürprizlə üzləşməyəcək.
Aktual.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
"Fikirləşsək, başqa variant yox idi. Avropadan kənarda belə bir görüşün keçirilə biləcəyi bir çox yer var, məsələn, ilk sammitin keçirildiyi Alyaska. Amma bunu Avropada etmək istəsəydilər, aydın olardı ki, Budapeşt bu gün Avropada belə bir görüşün keçirilə biləcəyi yeganə yerdir. Artıq üç ildir yeganə ölkəyik ki, sülhü ardıcıl, açıq, yüksək səslə, hətta fəal şəkildə müdafiə edirik”, - o bildirib.
Xəbər 38 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR