Putin Budapeştdə həbs olunmayacaq - Siyarto

Putin Budapeştdə həbs olunmayacaq - Siyarto
  • DÜNYA

Rusiya Prezidenti Vladimir Putin Budapeştə səfəri zamanı Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ilə həbs olunmayacaq.
Aktual.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
"Putini qəbul edəcəyik, uğurlu danışıqları və onun sağ-salamat vətənə qayıtmasını təmin edəcəyik”, - o bildirib.
Qeyd edək ki, Macarıstan Roma Əsasnaməsini rəsmi olaraq ratifikasiya etsə də, ölkə hakimiyyəti hələ 2023-cü ildə ukraynalı uşaqların deportasiyasına görə Putinə qarşı BCM-nin orderini icra etməyəcəyini açıqlamışdı.
Xəbər 43 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR