Putin bu cazibədar prokurora general rütbəsi verdi

Putin bu cazibədar prokurora general rütbəsi verdi

Rusiya prezidenti Vladimir Putin Krım vilayətinin prokuroru Natalya Poklonskayaya III dərəcəli ədliyyə müşaviri rütbəsi verib. 

Rusiya KİV-lərinin yazdığına görə, bu barədə Krım Vilayət Prokurorluğunun rəsmi saytında xəbər verilib.

Prokurora verilən bu rütbə general-mayor rütbəsinə uyğundur. Poklonskaya bundan əvvəl baş ədliyyə məsləhətçisi (polkovnik rütbəsinə uyğundur) idi.

Qeyd edək ki, Poklonskaya keçən ilin martında Krımın prokuroru təyin edilib.

Aktual.az

Xəbər 1585 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR