Rusiya prezidenti Vladimr Putin bir neçə yüksək rübtəli məmuru tutduqları vəzifədən azad edib.
Aktual.az Aznews.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Putin FTB-nin qeytdiyyat və arxiv fondu idarəsinin rəhbəri Vasili Xristoforovu, prezidentlə iş şöbəsinin rəhbərinin müavini Konstantin Kotenyoku, Müdafiə Nazirliyinin hərbi-səhiyyə idarəsinin rəhbəri Aleksandr Fisun, Daxili işlər nazirinin müavini Aleksandr Savenkonu tutduqları vəzifələrdən azad edib.
Təqaüd yaşına görə işdən çıxarılan Xristoforovdan başqa, adları çəkilən digər məmurlar öz xahişləri ilə tutduqları vəzifədən azad ediliblər.
Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov bəyan edib ki, bu kadr dəyişikliyi həmin məmurların Rusiya Elmlər Akademiyasına üzv seçilməsi ilə bağlıdır.
Belə ki, ötən gün Rusiya prezidenti Elm və təhsil şöbəsinin iclasında iştirak edərkən Rusiya Elmlər Akadmeiyasının prezidentindən yüksək çinli məmurların akademiyaya üzv seçilməsini öyrənib. Bununla da həmin məmurlar dövlət işi ilə elmi işi birləşdirməmək haqqında Kremlin qərarını pozmuş olublar. Putin elə həmin iclasda bu məmurlara elmlə məşğul olmaq üçün şərait yaradacağına söz vermişdi.
Aktual.az
Xəbər 457 dəfə oxunub.