Rusiya prezidenti Vladimir Putin amerikalı diplomatları ölkədən çıxarmaqdan imtina edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Kremlin rəsmi saytında yerləşdirilən dövlət başçısının bəyanatında deyilir.
"Vətənə qayıdan rusiyalı diplomatlar Yeni ili evdə, ailələri ilə birlikdə keçirəcəklər. Biz amerikalı diplomatlar üçün problem yaratmayacağıq”, - Putin qeyd edib.
"Biz heç kimi ölkədən çıxarmayacağıq. Onların ailələrinə və uşaqlarına heç bir qadağa olmayacaq”, - Rusiya lideri əlavə edib.
Putin həmçinin bildirib ki, ABŞ prezidenti Barak Obamanın administrasiyasının "işini belə başa vurduğuna” görə təəssüflənir.
Aktual.az
Xəbər 291 dəfə oxunub.