Putin: ABŞ bizi və bütün dünyanı aldadırdı

Putin: ABŞ bizi və bütün dünyanı aldadırdı
  • DÜNYA

“Rusiya əvvəlcədən haqlı idi”.

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, ABŞ İranın nüvə təhlükəsi haqqında danışarkən Rusiyanı və bütün dünyanı aldadırdı.

Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

“Bu günlərdə ABŞ-ın Avropada raket əleyhinə müdafiə proqramı üzrə ilk sınaqları keçirilib. Bu nə deməkdir? Bu o deməkdir ki, biz amerikalı tərəfdaşlarımız ilə mübahisə edəndə haqlı idik. Rusiya əvvəlcədən haqlı idi. ABŞ-ın raket əleyhinə müdafiə proqramı strateji balansı dağıtmaq və hamıya öz iradəsini diqtə etmək məqsədi ilə qurulur. ABŞ bizi və ümumiyyətlə, bütün dünyanı növbəti dəfə yanlış istiqamətə yönləndirib, daha sadə dillə desək aldadıb”, - Putin bəyan edib.

“İranın nüvə problemi həll edilib. İrandan heç bir təhlükə olmayıb və yoxdur. ABŞ-ı raket-əleyhinə müdafiə sistemi qurmağa sövq edən səbəb yox olub. Biz raket-əleyhinə müdafiənin inkişafı sisteminin də dayandırılmasını gözləyə bilərdik”, - Putin deyib.

Xəbər 521 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR