Pulun saxta olub-olmadığını necə anlayaq?
Son günlər ölkə gündəmindəki əsas problemlərdən bir də saxta valyutanın bazarda çoxalmasıdır. Bəzi işbazlar valyuta bazarında yaranan boşluqdan istifadə edib istehsal etdikləri saxta pulu dövriyəyə çıxarır.
Böyük market və müəssisələr saxta pulu tez ayırd etdiyi üçün işbazlar həmin pulu daha çox sadə vətəndaşlara “sırımağa” çalışır. Ilk anda pulun saxta olduğunu anlamayan şəxslər, sonradan bunun fərqinə varsalar da gec olur.
Bəs, saxta pulu necə ayırd etmək olar?
“Vətəndaşlarımız valyuta nişanlarına diqqət yetirərək, saxta valyuta almaq riskini azalda bilərlər”.
Bunu atv.az-a açıqlamasında iqtisadçı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, bununla bağlı dövlətin də tədbirlər həyata keçirməsinə ehtiyac var:
“Təəssüflər olsun ki, bankların valyuta satmaması, nəticə etibari ilə vətəndaşların “qara bazar”dan valyuta əldə etməsinə gətirib çıxarır. Bəzi hallarda isə işbazlar bundan istifadə edib saxta valyutaların satışını həyata keçirirlər.
“Qara bazar” formalaşan hallarda saxta valyutaların olma ehtimalı yüksəkdir. Xüsusilə aparacı valyuta olan dollar və avronun, eləcə də manatın alışı zamanı vətəndaşlar diqqətli olmalıdır. Ya onun təhlükəsizlik nişanlarına fikir verməli, ya da böyük marketlərdə yoxlatdırmalıdır”.
Aktual.az