“Pulsuzluqdan boşanan ailələrin sayı çoxalıb” - Statistika

“Pulsuzluqdan boşanan ailələrin sayı çoxalıb”   - Statistika

“2013-2014-cü illərlə müqayisədə nikahların orta aylıq sayı 43,1 faiz azalıb, boşanmalar isə 4,6 faiz artıb”.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə iqtisadçı-alim Qubad İbadoğlu məlumat verib. Onun sözlərinə görə, bu ilin ilk 5 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 25 min nikah və 5,2 min boşanma halları qeydə alınıb: “Bu il orta hesabla ayda 5000 nikah və 1040 boşanma müqaviləsi qeydə alınıb. Ramazan və Məhərrəmlik ayının may ayından sonrakı dövrə təsadüf etdiyini nəzərə alanda il ərzində nikahların orta aylıq sayında daha çox azalma ehtimal oluna bilər. Müqayisə üçün qeyd edək ki, 2013-2014-cü illərdə nikahların orta aylıq sayı 7156, bu ilin son 5 ayın göstəricisindən ayda 2156 nikah və ya 43,1 faiz çox, müvafiq dövrdə boşanmaları sayı 992, yaxud ayda 48 nikah və 4,6 faiz az olub”.

Q.İbadoğlu nikahların sayında kəskin azalmanı gənclərin mənzil və iş problemləri, sosial-iqtisadi çətinliklərin artması ilə əlaqələndirir: “Çox güman ki, boşanmların sayındakı artım ailənin xərclərinin artması, gəlirlərinin azalması və dəyərsizləşməsi səbəbindən dolanışığın pisləşməsi ilə əlaqədardır. Düşünürəm ki, bu faktlar ölkə üzrə əhalinin təkrar istehsalının aşağı düşməsinə gətirib çıxaracaq, əhalinin sayının artım tempinə mənfi təsir göstərərək. Bu tendensiya uzun müddətli dövrdə belə davam edərsə Azərbaycan əhalisinin sayı növbəti on illiklərdə azala da bilər”. 

Xəbər 458 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR