Azərbaycan Avropa Tibb Assosiasiyasının sədri, Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsilli uroloq-androloq Araz Bayramovun Aktual.az-a müsahibəsi
- Kişilərin “ikinci ürəyi” sayılan prostat qurbanlarının sayı durmadan artır. Sizcə, bunu doğuran səbəblər nədir?
- Qeyd edim ki, Avropa Urololar Cəmiyyətinin son toplantılarında kişilərin düzgün həyat tərzi seçməməsi geniş müzakirə olundu. Yekunda qəti rəyə gəlindi ki, məhz elə bu cür həyat tərzi prostat xəstəliklərinin başlıca səbəbidir. Bir çox hallarda insanlar “təbii yollarla” müalicə olunmağa cəhd edir və nəticədə daha ağır vəziyyətə düşmüş olurlar. Unutmaq lazım deyil ki, 40 yaşdan yuxarı kişilərdə prostat xəstəliklərinə tutulma riski artır. Bu səbəbdən 40 yaşdan yuxarı hər bir kişi ildə bir dəfə prostat vəzinin transrektal ultrasəs (USM) müayinəsi, qanda PSA analizi, sidik şırnağının təzyiqi (Uroflowmetriya) müayinələrindən keçməlidir.
- Prostat adenoması gələcəkdə hər hansı ağır fəsadlara gətirib çıxara bilərmi? Misal üçün prostat xərçənginə?
- Prostat adenoması sidik yollarının bağlayaraq, gecə sidiyə oyanmalar, sidiyə tez-tez çıxma, sidik şırnağının zəifləməsi, qalıq sidiyin narahat etməsi ilə özünü büruzə verir. Eyni zamanda sidiyə gedərkən yandırma hissi ilə müşaiyət olunur. Ən əsas fəsadı sidik kisəsində daşın yaraması və divertikulların, yəni sidik kisəsi divarının zədələnməsidir. Vaxtında müalicə edilmədikdə sidik ləngiməsi ilə böyrək çatışmazlığına gətirib çıxara bilər. O ki qaldı prostat xərçənginə, qanda PSA analizi (4-dən yuxarı) yüksəlmiş olarsa, prostat biopsiyası ilə aşkarlanmalıdır. Erkən aşkar olunarsa, prostat vəzi tam çıxarılaraq, xərçəngdən azad olmaq olur. Təəssüf ki, bu gün kişilər arasında prostat adenoması və prostat xərçəngindən əziyyət çəkən xəstələrin sayı artıb və əksər hallarda onlar gecikmiş hallarda bizə müraciət edirlər.
- Prostat xəstəliklərinin müasir müalicəsində hansı yeniliklər tətbiq olunur?
- XXI əsrin qızıl standartı – Plazmakinetik üsulla prostat adenomasını rezeksiya olunaraq müalicəsidir. Bu üsulun əsas özəlliyi istənilən ölçüdə prostat adenomasının heç bir kəsik və ağrı olmadan, ümumi narkoz verilmədən çıxarılmasındadır. Müalicədən sonra xəstələr cinsi fəaliyyətini olduğu kimi saxlayır və iki gün sonra evə buraxılır.
- Sonda oxuculara nə demək istərdiniz?
- Bilirsiniz ki, dünyada baş verən qlobal iqtisadi böhran ölkəmizdən də yan keçməyib. Bu mənada xəstələr maddi problemlər səbəbindən vaxtaşırı müayinədən keçməkdə çətinlik çəkirlər. Bu məqamı nəzərə alaraq prostat şübhəsi olan xəstələr hər həftənin bazar günləri saat 10:00-dan 17:00-a qədər bizim endirimli xidmətlərimizdən yararlana bilərlər. Belə ki, “Sağlam olaq” kampaniyasına qatılan vətəndaşlar ümumi müayinədən (Həkim müayinəsi və prostat vəzinin ultrasəs müayinəsi) 80 manat əvəzinə cəmi 50 manata yararlana biləcəklər. O cümlədən prostat adenoması və sidik kisəsi poliplərindən əziyyət çəkən xəstələrin əməliyyatları 1650 manata deyil, 1350 manata (Bu məbləğə Plasmakinetik üsulla prostat rezeksiyası, əməliyyat öncəsi ümumi müayinə, xəstəxanada 2 gün qalmaq, bir sözlə bütün xərclər daxildir) həyata keçiriləcək.
“Sağlam olaq” kampaniyasına qatılıb endirimdən yararlanmaq istəyənlərin öncədən qeydiyyatdan keçməsi və endirim razılığı alması vacibdir. Dr. Araz Bayramova müraciət etmək istəyən xəstələr bu nömrə ilə əlaqə saxlaya bilərlər.
(055) 255-55-45
Azər Niftiyev, Aktual.az