"Mən əminəm ki, 2026 - cı il, həm də Mehman Hüseynov, Tural Sadıqlı, Qənimət Zahid, Məhəmməd Mirzəli, Sevinc Osmanqızı, Qurban Məmmədov kimi cinayətkar ünsürlərin Azərbaycana ekstradisiya ediləcəyi il olacaq və dövlətin, dövlətçiliyin sütununu sarsıtmağa çalışan bütün mənfur qüvvələr öz layiqli cəzasını alacaq".
Aktual.az xəbərverir ki, bu fikirləri Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Hər halda prosesin Novruz bayramından o yana çəkməyəcəyini, qalmayacağını düşünürəm. Bu isə o deməkdir ki, erməni nasistlərin (Harutunyanın, Vardanyanın və digərlərinin) tam ifşasının ardınca Azərbaycanda bir "Nürnberq məhkəməsi” də məhz sözügedən vətən xainləri üçün qurulacaq!
İnanın: Çox ciddi iş gedir. Əmin olun: Lap az qalıb.
Gəlirlər. Gələcəklər. Gətiriləcəklər!
Əksəriyyəti də eyni təyyarə ilə, eyni reyslə, eyni gündə, eyni saatda.” –deyə Partiya sədri fikirlərinə davam edib.