Gürcüstanın Poti şəhərinin prokuroru Aleksandr Qoquadzenin "Hyundai" markalı avtomobilinə 4 dəfə atəş açılıb.
Aktual.az Report-a istinadən xəbər verir ki, atəş açılan zaman avtomobili prokurorun özü idarə edirmiş.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilin sürücü tərəfdəki pəncərəsinin şüşəsi sınıb.
Atəş açan şəxs hadisə yerindən qaçıb.