Prokurorluq 196 minlik korrupsiyanın üstünü açdı

Prokurorluq 196 minlik korrupsiyanın üstünü açdı

“Ağstafa rayonu M.Mikayılov adına Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi” MMC-nin fəaliyyətində yol verilmiş qanun pozuntularına dair Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, Baş prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, araşdırmalar zamanı qeyd olunan cəmiyyətin sabiq direktoru Mansır Mansırovun və MMC-nin digər vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əmək haqqı və müqavilə öhdəlikləri adı ilə pul vəsaitlərinin saxta sənədlər tərtib etməklə mənimsəmələri, eyni zamanda 3486 baş xırdabuynuzlu heyvanların ölüm və məcburi kəsim aktlarının qəsdən uçotdan gizlədilməsi yolu ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə onlara etibar edilmiş ümumilikdə 196 min manat məbləğində vəsaiti mənimsəmə və israf etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Göstərilən faktlarla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbər 557 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR