Prokurorlara intizam tənbehi tətbiq olunacaq

Prokurorlara intizam tənbehi tətbiq olunacaq

Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksinin tələblərinə əməl etmədiyinə prokurorluq işçisinin barəsində intizam tənbehi tətbiq olunacaq.

Aktual.az-ın məlumatına görə, bu, bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə qüvvəyə minən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunda əksini tapıb.

Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksinin tələblərinə əməl etmədiyinə prokurorluq işçisi barədə irad tutma, töhmət, şiddətli töhmət, aşağı vəzifəyə keçirmə, rütbənin aşağı salınması, vəzifədən azad etmə (bu halda prokurorluq işçisi üç ayadək müddətdə sərəncamda ola bilər və həmin müddət ərzində şəxsin prokurorluq orqanlarından xaric edilməsinə əsaslar olmazsa o, prokurorluq orqanlarında işə təyin edilir), prokurorluq orqanlarından xaric etmə və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric etmə intizam tənbehi tədbirlərindən biri tətbiq oluna bilər.

İndiyə qədər intizam xətası törədildiyi gündən bir il keçdikdə prokurorluq işçisinə intizam tənbehi verilə bilməzdi. Dəyişikliyə əsasən bundan sonra İntizam xətası törədildiyi gündən 3 il keçdikdə prokurorluq işçisinə intizam tənbehi verilə bilməz. İntizam tənbehlərinin tətbiqi Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həyata keçirilir.

Xəbər 464 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR