Prokuror sevgilisini qətlə yetirən şəxsə 20 il cəza istədi

Prokuror sevgilisini qətlə yetirən şəxsə 20 il cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə qətl törətməkdə təqsirləndirilən Fəhmin Qədimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı təqsirləndirilən şəxsə 20 il cəza istəyib.

Sentyabrın 22-də təqsirləndirilən şəxsə hökm oxunacaq.

İttihama görə, bu ilin fevral ayında Binəqədi rayonu, 9-cu mikrorayonda, Cavadxan küçəsində yerləşən mənzillərdən birində boğularaq öldürülən 1977-ci il təvəllüdlü Sədaqət Əsgərovanın meyiti aşkar edilib. Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxsin 24 yaşlı Fəhmin Etibar oğlu Qədimovun olduğunu müəyyən edib və saxlayıb. Saxlanılan şəxs istintaqa ifadəsində bildirib ki, 39 yaşlı qadınla qeyri-rəsmi nikahda olub və S.Əsgərovanı qısqanclıq zəminində öldürüb.

F.Qədimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur. //Trend

Xəbər 612 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR