Prokuror qohumunu öldürən iki qardaşa 40 il cəza istədi

Prokuror qohumunu öldürən iki qardaşa 40 il cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Vasif Məmmədovu qətlə yetirməkdə, qardaşı Asif Məmmədovu isə bıçaqlamaqda təqsirləndirilən Vüqar və Zülfüqar Yusifov qardaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. Dövlət ittihamçısı V.Yusifov və Z.Yusifovun hər birinin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası noyabrın 2-nə təyin edilib.

İttihama görə, 2014-cü ilin iyunun 24-də Abşeron rayonunun Novxanı qəsəbəsində Məmmədov və Yusifovlar arasında borc üstündə düşən dava qətllə nəticələnib. Qəsəbə sakini 25 yaşlı Vüqar İsmayıl oğlu Yusifov borclu olduğu qohumları Asif və Vasif Məmmədovlar tərəfindən dəfələrlə təhdid olunub. Tərəflərin mübahisəsi sonda davaya çevrilib, Vüqar yaxın qohumlarına bıçaqla xəsarət yetirib. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, həkimlər V.Məmmədovun həyatını xilas edə bilməyiblər. Abşeron Rayon Polis Şöbəsində istintaq apırılan zaman məlum olub ki, Vüqar Yusifovun qardaşı Zülfüqar Yusifov da hadisə yerində olub.

Xatırladaq ki, Yusifovlarla Məmmədovlar həm də yaxın qohumdurlar.

Qeyd edək ki, Vüqar və Zülfüqar Yusifov qardaşları Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunurlar.
 
Aktual.az
Xəbər 703 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR