Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeronda oteldə qətl törətməkdə təqsirləndirilən Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, qətl hadisəsi ötən ilin sentyabr ayında Abşeron rayonu ərazisində yerləşən "Oskar" otelində baş verib.
Belə ki, "Oskar" otelində 35 yaşlı N.Əliyev yaxın münasibətdə olduğu 21 yaşlı Aysel Orucovanı 11 bıçaq zərbəsi ilə qətlə yetirib.
Araşdırma zamanı N.Əliyevlə A.Orucovanın üç il əvvəl Pirşağada yerləşən klubların birində tanış olduğu və bu zaman ərzində tez-tez görüşdükləri məlum olub.
Şübhəli şəxs polisə verdiyi ifadəsində hadisəni A.Orucovanın ona yalan danışdığına görə törətdiyini bildirib.
N.Əliyev qaçsa da, Abşeron Rayon Polis İdarəsi və Mehdiabad polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Ona Cinayət Məcəlləsinin 120.2.11 (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.
Xəbər 188 dəfə oxunub.