Prokuror idmançıya 7 il cəza istədi

Prokuror idmançıya 7 il cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddə saxlamaqda təqsirləndirilən 28 yaşlı Aqşin Salmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub və dövlət ittihamçısı təqsirləndirilən şəxsin 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib. Məhkəmə prosesi fevralın 1-ə təyin edilib.

İttihama görə, A.Salmanov qaydasız döyüşlə məşğul olub. "Ruslan" döyüş klubunun təmsilçisi olan A.Salmanov bir çox yarışların iştirakçısı olub.

O, Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitə saxlama) maddəsinə əsasən ittiham edilir.
 
Aktual.az
Xəbər 665 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR