Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Rahim Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Aktual.az APA-ya istinadən bildirir ki, hakim Tamella Nəsrullayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin sübuta yetirildiyini deyib.
O, R. Hüseynova 7 il 6 ay həbs cəzası istəyib.
Məhkəmə prosesi noyabrın 18-də davam etdiriləcək.
Qeyd edək ki, bu il iyunun 15-də saat 13 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Bakı şəhər sakini Rahim Hüseynov idarə etdiyi "VAZ-2109" markalı avtomobillə yolu keçən qəsəbə sakini, 4 yaşlı Nuranə Zeynalovanı vurub. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.
Aktual.az
Xəbər 269 dəfə oxunub.