Qazi Universitetinin professoru Süleyman Pampal Türkiyənin Sivas şəhərində ard-arda baş verən zəlzələləri dəyərləndirib.
Aktual.az xəbər verir ki, professor bu barədə CNN Türk kanalına danışıb.
"Bölgədə 2023-cü ilin fevralın 6-da baş verən şiddətli zəlzələdən sonra 70 minə yaxın zəif yeraltı təkan müşahidə edilib. Bölgədə seysmik aktivlik artıb və artmaqda davam edəcək. Bunlar Malatyadakı zəlzələ fayından fərqli faylardır. Biz bunu afterşok adlandıra bilmərik. Ərazidə daha güclü zəlzələlərə səbəb olacaq və qırılma prosesində olan faylar mövcuddur. Sivas tarixdə böyük itkilər verən bir vilayətdir”, - Professor bildirib.
Xəbər 244 dəfə oxunub.