Banklar problemli kreditlər üçün yeni yollar tətbiq edirlər. Müştəri banka dəvət olunur, ona yeni təkliflər edilir. Bəs bu zaman nəyə diqqət etmək lazımdır?
Aktual.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, müştəri krediti ödəyə bilməyəndə banklar bir çox halda belə üsula əl atırlar. Müştəriyə yeni kredit xətti açılır, həmin məbləğ İlə köhnə kredit bağlanılır. Faktiki olaraq bir kreditin borcu digərinə transfer, başqa sözlə restrukturizasiya olunur.
Yeni müqavilə zamanı ödəniş müddəti uzadılıb, aylıq ödəniş miqdarı azaldığından müştəri üçün sərfəli hesab olunur. ancaq, bütün hallarda müqavilənin bütün şərtləri ilə ətraflı tanış olmaq lazımdır. Çünki, ilk baxışdan sərfəli görünən yeni müqavilə daha sonra müəyyən problemlər yarada bilər.
Yeni kredit xətti açıldığından, əlavə komissiya haqqı tutulur ki, bu da ayrıca xərcdir.