2015-ci ildə Ali Məhkəmədə problemli ipoteka krediti ilə bağlı 58 işə baxılıb.
Aktual.az xəbər verir ki, Ali Məhkəmədən Lent.az-ın sorğusuna cavab olaraq verilən məlumata görə, əvvəlki illərlə müqayisədə ötən il problemli ipoteka krediti ilə bağlı məhkəmədə daha az işə baxılıb. Belə ki, əgər 2014-cü ildə problemi ipoteka krediti ilə bağlı 147 işə ( məhkəmədə baxılmış işlərin 2,2 faizini təşkil edir) baxılmışdısa, 2015-ci ildə isə bu qəbildən olan cəmi 58 işə (məhkəmədə baxılan işlərin 0,8 faizini təşkil edir) baxılıb.
Qeyd edək ki, baxılmış işlərin böyük əksəriyyəti qanunun tələblərinə uyğun olaraq bankların xeyrinə həll edilib.